Menu

“Putinin rəfiqəsi” Makronu üstələyir - Fransızların 76 faizi hazırkı Prezidentə güvənmir

20.04.2023, 16:06
“Putinin rəfiqəsi” Makronu üstələyir - Fransızların 76 faizi hazırkı Prezidentə güvənmir

Fransada “Putinin rəfiqəsi” kimi tanınan Milli Birlik partiyasının sədri Mari Le Pen son rəy sorğusunun nəticələrinə görə hazırkı Prezident Emmanuel Makronu üstələyir.

“AzPolitika.info” xarici mətbuata istinadla xəbər verir ki, tanınmış “Institut français d'opinion publique (IFOP)” təşkilatının fransızlar arasında keçirdiyi sorğunun nəticələri dərc edilib. Həmin nəticələrə görə, fransızların 47 faizi Le Penə, 42 faizi isə Makrona səs verməyə hazır olduqlarını bildiriblər.

Le Pen ən çox fransız qadınların arasında populyardır. Rəyi soruşulan qadınların 52 faizi ona səs verməyə hazır olduqlarını qeyd ediblər. Həmçinin, Fransa Kommunist Partiyasının tərəfdarları da Le Penə üstünlük verirlər.

Sorğunun nəticəsinə görə fransızların 76 faizi Makronun daxili siyasətinə güvənmir. Onlar hazırkı prezidentin təhsil və səhiyyə sahəsindəki siyasətini bəyənmədiklərini qeyd ediblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol