Ermənistan parlamentinin aprelin 20-də keçirilən iclasında münaqişə yaranıb.
“AzPolitika.info” xəbvər verir ki, müstəqil deputat Taqui Tovmasyan parlament tribunasında çıxış edərək, hakimiyyəti tənqid edəndən sonra, siyasi aksiyaya başladığını və tribunanı tərk etməyəcəyini bəyan edib.
O, müxalifət deputatlarını da ona qoşulmağa çağırıb.
Deputatın çağırışı qismən dəstəklənib. Bu zaman parlament sədri Alen Simonyan mühafizəçiləri köməyə çağırıb. Nəticədə tribuna ətrafında bashabas düşüb. Deputatların və mühafizənin iştirakı ilə insident yatırılıb.
“AzPolitika.info”


Şərhlər