Menu

Millət vəkili Etibar Əliyev Suraxanı rayonunda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTOLAR

20.04.2023, 19:05
Millət vəkili Etibar Əliyev  Suraxanı rayonunda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTOLAR

Millət vəkili Etibar Əliyev bu gün Suraxanı rayonundan olan seçiciləri ilə növbəti görüşünü keçirib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə deputat öz “facebook”səhifəsində məlumat verib.

“Bu gün Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovla birlikdə Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov, Etibar Bəkirli küçələrinin və 4042/60-cı məhəllənin sakinləri ilə səyyar görüş keçirdik. Seçicilərimə ötən dövr ərzində gördüyüm işlər, Milli Məclisdə müxtəlif qanun layihələrinin müzakirəsi zamanı etdiyim çıxışlar, verdiyim təkliflər və seçicilərimlə görüşlərin nəticələri barədə geniş hesabat verdim. Hər zaman seçicilərimin yanındayam”,-deyə deputat qeyd edib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol