Menu

Rusiyada ermənilər polis tərəfindən kütləvi şəkildə saxlanılır - "Hamını aparırlar..."

21.04.2023, 08:53
Rusiyada ermənilər polis tərəfindən kütləvi şəkildə saxlanılır - "Hamını aparırlar..."

Rusiya Erməniləri İttifaqı Ryazan şəhərində ermənilərin kütləvi saxlanması barədə məlumat yayıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

“Həqiqətən bir növ təqib var: onları işdən, kafedən, restoranlardan aparırlar. Hamını aparırlar. O cümlədən qadınları, əgər onlar erməni millətindəndirsə. Onları polis şöbəsinə aparırlar, orada (xüsusi) heç bir iş görmürlər, ifadələrini alır, əl izlərini götürür və buraxırlar, amma bu hallar kütləviləşib”, - Rusiya Erməniləri İttifaqının vitse-prezidenti German Ananyants deyib.

Ryazan vilayətinin erməni icması rəhbərinin müavini Robert Alixanyan saxlanılmaların səbəblərini açıqlayıb. “İcma rəhbərliyinə izah etdilər ki, bütün bunlar 3 erməni barəsində cinayət işinin başlanması ilə əlaqədardır. Onlar kafedə məişət münaqişəsi zəminində Özbəkistan vətəndaşları ilə dava ediblər”, - Alixanyan bildirib.

İcma rəhbəri qeyd edib ki, Özbəkistan vətəndaşları il dava edən ermənilər ərazidən qaçıb. Polis hazırda onları axtarır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol