Menu

Sarkisyanın prezident seçilmək hüququ yox imiş - Ermənistanda şok saxtakarlıq

23.04.2023, 17:13
Sarkisyanın prezident seçilmək hüququ yox imiş - Ermənistanda şok saxtakarlıq

Eks-prezident Armen Sarkisyanın xarici vətəndaşlığı ilə bağlı iş Ermənistan İstintaq Komitəsinə göndərilib. Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti yerli mediaya açıqlamasında bildirib.

Qeyd olunub ki, bundan əvvəl Hetq.am saytı Sarkisyanın ən azı prezident seçilməzdən əvvəl Karib hövzəsindəki Sent Kitts və Nevis ştatının vətəndaşlığına malik olması barədə məlumat yayıb. Beləliklə, onun prezident seçilmək hüququ yox imiş. Milli Təhlükəsizlik Xidməti sorğuya cavab olaraq bildirib ki, iş üzrə istintaq hərəkətləri aparılır.

Ermənistanın 4-cü prezidenti Armen Sarkisyan 2018-ci ilin 9 aprelində ölkə prezidenti seçilib. 2022–ci ilin yanvarında postundan istefa verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol