Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Laçında sərhəd-keçid məntəqəmizin qurulmasına münasibət bildirib.
"Mən, xalqımızı, Ali Baş Komandanı, Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərini dövlət sərhədlərimizin tam bərpa olunması münasibətilə təbrik edirəm. Bu möhtəşəm günün Ramazan bayramına və böyük dövlət adamı, məhrum Prezident Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsi xüsusilə əlamətdardır, Heydər Əliyevin, şəhidlərimizin ruhunu şad edəcək tariximizin şanlı səhifəsidir. Ümid edirəm, biz bir də heç zaman dövlət sərhədlərimizin bir santimetrinə belə nəzarəti itirməyəcəyik, DSX-nın igid əsgər və zabitləri onu göz bəbəyi kimi qoruyacaqlar" - deyə, Qüdrət Həsənquliyev vurğulayıb.


Şərhlər