Menu

9 May – Qələbə güni ilə bağlı yalnız bir xarici lider Rusiyaya səfər edəcək

24.04.2023, 13:42
9 May – Qələbə güni ilə bağlı yalnız bir xarici lider Rusiyaya səfər edəcək

9 May - faşizm üzərində Qələbə gününü qeyd etmək üçün Rusiyaya yalnız bir xarici liderin gələcəyi gözlənilir.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarovun Qələbə günü ilə bağlı Moskvaya səfər edəcəyi gözlənilir.

Məlumatda qeyd olunur ki, bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov jurnalistin “Qələbə günü ilə bağlı digər liderlərin Moskvaya səfəri gözlənilirmi?” sualına cavab verməyib.

Qeyd edək ki, 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsindən sonra Qələbə Günü şərəfinə keçirilən parad üçün Moskvaya heç bir xarici lider səfər etməyib. Kreml daha öncə tədbirlə bağlı guya xarici liderləri çağırmamaq qərarına gəldiklərini bəyan edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol