ABŞ Ukraynadakı neft və qaz yataqlarını sahiblənməyə çalışır.
“AzPolitika.info” Britaniyanın “Financial Times” nəşrinə istinadla xəbər verir ki, ABŞ şirkətləri Ukraynanın neft və təbii qaz yataqlarını almağa hazırlaşırlar.
Məlumata görə, Ukraynanın dövlət enerji şirkəti olan “Naftoqaz” “Halliburton”, “Exxon” və “Chevron” neft şirkətləri ilə razılığa gəlməyə yaxındır.
Xəbərdə qeyd olunur ki, “Naftoqaz” Ukraynanın neft və qaz yataqlarını ABŞ şirkətlərinə satmağa hazırlaşır. Müqavilə əsasında həm quruda, həm də Ukraynanın Qara dəniz sahillərindəki təbii ehtiyatlarının milyardlarla dollar qarşılığında özəlləşdiriləcəyi vurğulanır.
“Financial Times” ABŞ şirkətlərinin vaxtilə İraq neftinə necə sahibləndiklərini də izah edib və Ağ Evin əsl niyyətinin hər zaman təbii sərvətlər olduğuna diqqət çəkib.

Bu barədə qeyd olunur ki, 2003-cü ildə ABŞ-ın İraqı işğal etmə planının baş memarı məhz “Halliburton” neft şirkətinin qurucularından Dik Çeyni olub.
Dik Çeyninin 2000-ci ildə ABŞ-dakı prezident seçkilərinə qədər şirkətdə baş direktor vəzifəsində çalışdığı, daha sonra isə 36 milyon dollarlıq payını sataraq Corc Buşun komandasına qoşulduğu bildirilir. İraqın işğalından sonra “Halliburton” neft şirkəti 7 milyard dollarlıq tenderin qalibi oldu və İraq neftinə sahibləndi. Daha sonra isə eyni qaydada “Exxon” və “Chevron” şirkətləri də İraq neftini mənimsəməyə başladılar.
Xəbərdə bildirilir ki, Ukraynanın 900 milyard kubmetr təbii qaz və neft ehtiyatı var. Ehtiyatların əhəmiyyətli hissəsi müharibənin mərkəzində olan Donetsk-Donbas bölgəsində və Rusiyanın nəzarəti altında olan Qara dəniz-Krım bölgələrində yerləşir. Digər tərəfdən, Donbasla həmsərhəd olan Dnepropetrovsk vilayəti də təbii qazla çox zəngindir.
Elvin
“AzPolitika.info”


Şərhlər
Həqiqəti yazdığınıza görə çox sağolun.
İngilislərə pay çatmayıb , ona görə qıraqda durub aranı qarışdırırlar
Bu neft-qaz ABŞ-ın Ukraynada qoyduğu milyardların əvəzi deyil.
Çox savadsız və məntiqsiz yazıdır.Ukrayna xalqı öz suverenliyi uğrunda rus işğalçılarına qarşı mübarizə aparır .Başda ABŞ olmaqla dünyanın mütərəqqi dövlətləri ona yardım edir.
ABŞ axmaqdırmı ki,müharibə üçün yüz milyardlarla dollar yardımı Ukraynaya boşuna etsin?Əlbəttə ki qarşılığını almalıdır.Ümumiyyətlə,unutmaq lazım deyil ki,artıq yüz ildir ki,dünyada bütün müharibələr birbaşa və ya dolayısıyla neft-qaz uğrunda gedir.
Qısası dünyanı ABŞ ve Böyük Britaniya ,onları ise Kapital idare edir.Bu dövletler de tüpürüb Haqqa da ,Edalete de,Demokratiyaya da,İnsan Haqqlarına da.Putini de Zelenskini de mehz bunlar idare edir.
Sade bir heqiqeti inkar etmek mence gerizekalıluqur.Bu dünyada ne Haqq var ne de Edalet ,insan haqqkarı ve demokratiya şse sadelövh milletler üçündür.Dünyanı ingilisler onun maliyyesini de yehudiler idare edir vessalam