Menu

“Onlar Türkiyəni yarım əsr geri aparmaq istəyirlər" - Ərdoğan

24.04.2023, 15:56
“Onlar Türkiyəni yarım əsr geri aparmaq istəyirlər" - Ərdoğan

“Ölkəmizin təsir gücünün artmasından narahat olanlar gün sayırlar. Amma xalqımız onları sevindirməz”. “Report” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində deyib.

Onun sözlərinə görə, müxalifətin yeganə dərdi Türkiyənin indiyə qədər əldə etdiklərini məhv etməkdir: “Onlar Türkiyəni yarım əsr geri aparmaq istəyirlər. Onları millətin rifahı düşündürmür. Ona görə indiyədək heç bir sahədə, o cümlədən səhiyyədə, təhsildə, kənd təsərrüfatında heç bir iş görməyiblər”.

Ərdoğan, həmçinin müxalifətlə hazırkı iqtidarın fərqini də izah edib: “Biz inşa edirik, onlar isə dağıdırlar".

Prezident qeyd edib ki, xalq və hakimiyyət seçkilərədək gecə-gündüz çalışmalıdır.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol