İran Xəzər dənizi vasitəsilə Rusiyaya yüz minlərlə artilleriya mərmisi göndərib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” (WSJ) nəşri etibarlı mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, son 6 ayda İran yük gəmiləri ilə Rusiyaya 300 mindən çox artileriya mərmisi və 1 milyondan çox patron göndərib.
Yaxın Şərqdəki rəsmilərin məlumatına görə, İrandan göndərilən hərbi sursatın sonuncu partiyası martın əvvəlində Rusiyanın “Rəsul Qəmzətov” yük gəmisi ilə göndərilib. Gəminin hər birində 2 min artilleriya mərmisi olan 1000 konteyner daşıdığı qeyd olunur.
“WSJ” yazır ki, ABŞ və müttəfiqləri Rusiyanın İrandan silah tədarükünü dayandırmaq üçün yollar axtarırlar.
ABŞ rəsmiləri bildiriblər ki, İran Rusiyaya silah göndərən zaman əsasən yük təyyarələrindən istifadə etdiyi üçün, müdaxilə etmək mümkün olmur.
Xəbərdə qeyd olunur ki, ABŞ-ın İran və Rusiyanın Xəzər dənizindəki hərbi hərəkətliliyinin qarşısını almaq üçün, keçmiş sovet respublikalarından kömək istəməli olacaq.
“AzPolitika.info”


Şərhlər