Rusiya Təhlükəsizlik Şurası katibinin müavini və ölkənin sabiq Prezidenti Dmitri Medvedev növbəti qeyri-adekvat və təhdid dolu açıqalmaları ilə çıxış edib.
“AzPolitika.info” xəbər verir ki, Rusiyanın TASS Agentliyinin yaydığı açıqalmalarda Medvedev növbəti dəfə dünyanı nüvə silahı ilə təhdid edərək deyib ki, tarixən imperiyaların dağılması təhlükəli müharibələrlə müşaiyət olunub.
Maraqlıdır ki, özü dağılmaq təhlükəsilə üz-üzə qalan Rusiyanın sabiq Prezidenti ABŞ-ın parçalanacağını proqnozlaşdırıb. O, iddia edib ki, Texas ştatı ABŞ-dan müstəqillik qazanmaq və ayrılmaq istəyir və guya bu ştatdakı hakimiyyət artıq referendum üçün əsaslar hazırlayır.
Medvedevin növbəti “maraqlı” açıqlaması isə ABŞ-da gözlənilən Prezident seçkilərinə namizədlərlə bağlı olub. Dediklərindən belə məlum olub ki, Medvedevin seçkidəki favoriti məşhur milyarder İlon Maskdır: “ABŞ Prezident seçkilərində qələbəni Baydendən və hətta Trampdan daha çox nüfuzu olan əfsanəvi İlon qazana bilər. Bu, hadisələrin maraqlı inkişafı olardı”.
“AzPolitika.info”


Şərhlər