Qəbirlər ötən ilin sonu və bu ilin əvvəlinə aiddir
Rusiya ərazisində əsasən “Vaqner” özəl hərbi şirkətinin tərkibində Ukraynada döyüşmüş şəxslərin basdırıldığı növbəti kütləvi məzarlığa aid videogörüntülər yayılıb.
“AzPolitika.info” xəbər verir ki, Rusiyanın “Tayga.info” nəşrinin yayımladığı videoda yüzlərlə məzar yer alır.
Xəbərdə qeyd olunur ki, bu məzarlıq Novosibirskdə yerləşir. Orada dəfn olunanlar isə əsas etibarilə 2022-ci ilin sonu, 2023-cü ilin əvvəlində Ukraynada məhv edilmiş “vaqnerçilər”dir.
O da bildirilir ki, məzarlıqda dəfn olunanların çoxunun adı rəsmi itkilər siyahısında keçmir və onların əksəriyyəti Krasnodar, Tuva, Kuzbass və Novosibirsk həbsxanalarında cəza çəkmiş və oradan müharibəyə cəlb edilmiş “zeklər”dir.
“AzPolitika.info”


Şərhlər