“Seçkilərdəki dəstəyinizlə 2024-cü ildə Co Baydeni məğlub edəcəyik. İqtisadiyyatımızı xilas edəcəyik. İnflyasiyanı əzəcəyik. Cənub sərhədimizdə işğalı dayandıracağıq. Millətimizin reputasiyasını bərpa edəcəyik. Üçüncü Dünya Müharibəsinin qarşısını alacağıq. Birlikdə Amerikanı yenidən möhtəşəm edəcəyik!".
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-ın 45-ci prezidenti Donald Tramp deyib.
ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayan Tramp, Co Bayden administrasiyasını “uğursuzluq”da ittiham edib.
“Baydenin vəzifədə olduğu ilk bir neçə ildə inflyasiya, immiqrasiya, cinayət və təhsil kimi bir sıra problemlərlə üzləşdik. Belə fəlakətli və uğursuz prezidentlik dövründə Baydenin yenidən seçilmək barədə düşünməsi, demək olar ki, ağlasığmazdır. Son seçkidə nə baş verdiyini bilirsiniz. Onlar saxtakarlıq etdilər və seçkiləri saxtalaşdırdılar”- deyə, Tramp bildirib.
“AzPolitika.info”


Şərhlər