Menu

“Ukraynada 60-dan çox muzey və qalereya Rusiya hərbçiləri tərəfindən dağıdılıb” - Zelenski

26.04.2023, 00:41
“Ukraynada 60-dan çox muzey və qalereya Rusiya hərbçiləri tərəfindən dağıdılıb” - Zelenski

Ukraynanın müxtəlif bölgələrində ümumilikdə 60-dan çox muzey və qalereya Rusiya hərbçiləri tərəfindən dağıdılıb və ya zədələnib.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.

“Təcavüzkar məğlub olana qədər heç kim heç yerdə özünü təhlükəsiz hiss edə bilməz. Bunu Ukraynada hər gün Rusiya qoşunlarının və işğalçının xüsusi xidmət orqanlarının torpaqlarımızda xalqımıza qarşı etdiklərini sübut edir. Başqa xalqların torpaqlarına gətirmək arzusunda olduqları da budur”, - Zelenski deyib.

“Gün ərzində Rusiyanın adi mülki binaları S-300 raketləri ilə atəşə tutmasından sonra Xarkov vilayətinin Kupyansk şəhərində dağıntıların təmizlənməsi davam etdirilib. Terrorçular tarix-diyarşünaslıq muzeyini və yaxınlıqdakı evləri hədəfə alıblar. Rusiya bu zərbə ilə iki qadını öldürüb. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm”, - dövlət başçısı qeyd edib.

Şərhlər

t.ədalət 2023-04-26 09:00:04

Ruslar Allahın lənətlədiyi hər şeyi törədirlər.Millətin kimliyi onun hərəkətində görünür.Körpə qatili,dinc əhalinin məhvi,qəbristanlıqlar dağıtma,mədəni abidələrin yox edilməsi,terror törətmə,bir sözlə,"qoxusu gəlməsion deyə qorşokun ağzına ikona qoyma" hamısı rusun məlum olan xarakteridir.Min təəssüf ki bizim hakimiyyət bu iyrənc millətin iyrənc dilini xalqa zorla sırıyır.Özü də bizə qarşı törətdiyi min fəlakətdən sonra!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol