Menu

Ukrayna Azov dənizi sahili boyunca əks hücuma keçə bilər - NYT

26.04.2023, 08:04
Ukrayna Azov dənizi sahili boyunca əks hücuma keçə bilər - NYT

Ukrayna Azov dənizi sahili boyunca əks hücuma keçə bilər.

APA xəbər verir ki, bu barədə "The New York Times" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Ukraynanın hərbi komandanlığı hücumun təfərrüatlarını ABŞ-la bölüşmür, lakin çox güman ki, Ukrayna Silahlı Qüvvələri Ukraynanın sahil xətti boyunca Azov dənizində, Rusiyaya hücuma keçəcək.

Qeyd olunub ki, Kiyev gələn aydan tez əks-hücum etməyə hazırlaşır.

Aprelin sonuna qədər Ukrayna Silahlı Qüvvələrinin hər biri təxminən dörd min döyüşçüdən ibarət 12 döyüş briqadası hücuma hazır olacaq. Onlardan 9-u NATO tərəfindən hazırlanacaq və silahlandırılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol