Menu

Rusiya tərəfi Ermənistanın törətdiyi təxribatlar barədə məlumatlandırılıb

26.04.2023, 11:35
Rusiya tərəfi Ermənistanın törətdiyi təxribatlar barədə məlumatlandırılıb

Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan-Ermənistan sərhədində və Qarabağ iqtisadi rayonunda ermənilərin təxribatları barədə Rusiya nümayəndə heyətinə məlumat verilib.

Beynəlxalq humanitar hüququn tətbiqi və digər məsələlərə dair müzakirələr aparılıb.

Həmçinin hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Şərhlər

t.ədalət 2023-04-26 12:28:45

Təxribatları törədən Rusiyadır.Belə çıxır ki,təxribatları törədənin özündən-özüenə şikayət edirsiniz?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol