Menu

“1970-80-ci illəri təhsil sahəsinin qızıl dövrü adlandırmaq olar” - Emin Əmrullayev

26.04.2023, 11:39
“1970-80-ci illəri təhsil sahəsinin qızıl dövrü adlandırmaq olar” - Emin Əmrullayev

“1970-80-ci illəri təhsil sahəsinin qızıl dövrü adlandırmaq olar”.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin müddətdə xeyli sayda məktəb tikilib: “Bu tendensiya növbəti illərdə də davam etdirilib. Ali təhsillilərin sayının artırılması vacib amillərdən olub. Əgər həmin müddətdə ali məktəbdə oxuyan şəxslərin sayı 100 min idisə, hazırda bu rəqəm 220 mindir”.

Şərhlər

dadaşyev 2023-04-26 21:49:21

Ümumiyyətlə,zastoy deyilən 1970-80-ci illər yalnız Azərbaycanın yox,bütün Sovet dövrünün qızıl dövrü idi,mənim uşaqlıq və yeniyetməlik dövrüm olduğu üçün gözəl xatırlayıram o illəri.Həqiqətən,çox şən və qayğısız,şirin illər idi.Əlbəttə,ət-yağ tapılmırdı,amma məsələ ətdə-yağda yox,sabaha inamda idi.Məncə əsas məsələ də sabaha inamdadır.O inam olmayanda adam heç yaşamaq da istəmir,hər şeyə laqeyd yanaşır.Nə mobil telefon-internet vardı,nə Bakı küçələrində reklamlar vardı,nə televizorlar rəngli idi,binalar da televizorlar kimi ağ-qara idi,amma ayrı bir onillik idi o onillik.Niyə?Yenə deyirəm:çünki sabaha inam vardı.İnam.

Eliheyder Qarayev 2023-04-26 12:37:57

Beli cenab nazir, o dovr tehsil sahesinde qizil dovr olsada, cox teessufler olsun ki, hemin dovrde tehsil almis kadrlara artiq ehtiyac duyulmur, az cox vicdani olan o dovrun insanlarindan ferqli olaraq hazirda acgoz , yaltaq ve maddiyyete ustunluk veren kadralara ustunlik verilir, cox heyif....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol