Xəbər verdiyimiz kimi, Türkiyədə iki terror qruplaşmasına- PKK/KCK terror təşkilatlarına qarşı əməliyyat keçirib.
Əməliyyat zamanı Kocelidən Yaşıl Sol Partiyasının deputatlığa namizədi olan Ayten Dönmez saxlanılıb.
Məlumata görə, Ayten Dönmez PKK-nın tərkibində fəaliyyət göstərməkdə ittiham edilir.
İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi qrupları Aytən Dönmezin PKK-nın fəaliyyət göstərdiyi ərazidə siyasi və silahlı təlim aldıqdan sonra Türkiyəyə qeyri-qanuni yollarla daxil olduğu müəyyən edib.
Qeyd edək ki, Ayten Dönmez bu gün Üsküdarda qaldığı evdə keçirilən əməliyyatda saxlanılıb.
"AzPolitika.info"
***
Türkiyənin təhlükəsizlik qüvvələri İstanbul şəhərində PKK/KCK terror qruplaşmasına qarşı əməliyyat keçirib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bir müddətdir terror qruplaşmasının tərkibində fəaliyyət göstərən Ayten Dönmez saxlanılıb.
O, Yaşıl Sol Partiyasının Kocelidən deputatlığa namizədidir.


Şərhlər