Menu

Rusiya küçə reklamları ilə əsgər axtarır - “Sən əsl kişisən, kişi ol!” + FOTOLAR

26.04.2023, 13:37
Rusiya küçə reklamları ilə əsgər axtarır - “Sən əsl kişisən, kişi ol!” + FOTOLAR

Bir ildən artıqdır Ukrayna ilə müharibə vəziyyətində olan Rusiya şəhər mərkəzlərində bütün küçələrdə reklam löhvələri yerləşdirərək, vətəndaşlarını orduya cəlb etməyə çalışır.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi tərəfindən hazırlanan reklam löhvələrində “Bizim işimiz vətəni qorumaqdır”, “Sən əsl kişisən, kişi ol!”, “Şərəfli iş və yaxşı maaş” kimi ifadələr yer alıb.

Bir çoxları rusların bu addımını Ukraynanın yaxın vaxtlarda gözlənilən əks-hücum əməliyyatları fonunda, öz ordularını dirçəltməyə tələsməsi kimi qiymətləndirir.

Qeyd edək ki, Rusiya müharibəyə yollanan hər bir vətəndaşına 2450 dollar vəd edir. Bundan əlavə, hücum əməliyyatlarında iştirak edənlərə əlavə olaraq gündəlik 8 min rubl (təxminən 100 dollar), düşmənin silah və hərbi texnikasını ələ keçirməyə görə isə 50 min rubl (təxminən 615 dollar) bonus vəd edilir.

“AzPolitika.info”



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol