Menu

Gəncədə XIX əsirə aid tarixi abidədə qanunsuz təmir işlərinə cəhd edilib

26.04.2023, 14:33
Gəncədə XIX əsirə aid tarixi abidədə qanunsuz təmir işlərinə cəhd edilib

Gəncə şəhərinin Atatürk prospektində yerləşən yerli əhəmiyyətli tarixi-memarlıq abidəsində qanunsuz təmir işlərinin aparılmasının qarşısı alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 3800 nömrəli inventarla qeydiyyata alınan abidə fərdi yaşayış evi kimi istifadə olunur.

Ev sahibi rəsmi qurumlarla razılaşdırmadan təmir işləri aparmaq qərarına gəlib.

Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyev "Report"un Qərb bürosuna bildirib ki, məsələdən xəbər tutan kimi idarə tərəfindən dərhal lazımı tədbirlər görülüb və qanunsuz aparılan təmir işləri dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol