Menu

Fransa xarici işlər naziri Bakıya niyə gəlir? – “Makron çalışır ki...”

26.04.2023, 20:21
Fransa xarici işlər naziri Bakıya niyə gəlir? – “Makron çalışır ki...”

Fransanın xarici işlər naziri Ketrin Kolonnan Ermənistanla yanaşı Azərbaycana da səfərə gələcək. Hazırda Makron hökumətinin İrəvana açıq dəstəyi səbəbindən Bakı-Paris münasibətlərinin ciddi gərginlik mövcuddur. Azərbaycan Fransa rəhbərliyinin sülh prosesində rol almasına imkan verməyib, habelə rəsmi Parisin Minsk Qrupunu diriltmək cəhdlərini də iflasa uğradib. Fransa 44 günlük müharibədən sonra Azərbaycana qarşı silsilə bəyanatlar verib, habelə Milli Assambleya azünü “dqr” adlandıran qondarma qurumun “müstəqilliyini” tanıyıb.

Maraqlıdır, nazir Kolonnan Bakıda hansı məsələləri müzakirə edəcək?

Politoloq Elxan Şahinoğlu bildirir ki, Fransa Prezidenti Emmanuel Makronun prezidentliyinin ikinci müddətini davam etdirməsinə baxmayaraq, o Azərbaycana bir dəfə də səfər etməyib, əvəzində iki dəfə Ermənistanda olub.

“Halbuki, Fransanın Makrondan əvvəlki prezidentləri İrəvana gedəndə Bakıya da təşrif buyurardular. Bu o illər idi ki, Fransa Azərbaycanla Ermənistan arasında balansı pozmamağa çalışırdı. Makron prezident seçilikdən sonra balansı Ermənistanın xeyrinə pozdu və Azərbaycanla münasibətlərdə gərginlik yaratdı”, - təhlilçi qeyd edib.

Politoloq hesab edir ki, görünür, Makronun Ermənistana verdiyi dəstəyə baxmayaraq, Paris Azərbaycanla pozulan münasibətləri normal məcraya qaytarmağa çalışır: “Makron məhz bu məqsədlə nazirini İrəvanla yanaşı Bakıya da göndərib. Bizim üçün vacibdir ki, Paris bizi də eşitsin, realıqları dinləsin”.

“Fransa xarici işlər nazirinə Bakıda o da deyiləcək ki, Paris Moskva, Vaşinqton və Brüssel kimi Azərbaycanla Ermənistan arasında vasitəçi statusunu geri qaytarmaq istəyirsə, Azərbaycan əleyhinə açıqlamalara son verməlidir. Bu olmayınca, Fransa kənarda qalacaq” – deyə, politoloq bildirib.

Rasim

“AzPolitika.info”

Şərhlər

Turan 2023-04-26 23:20:13

Çox heyif. Bizə hədə qorxu gələni qapıdan iti qovan kimi qovmalıyıq. O qurbağayeyənlər qoy getsinlər öz qurbağalarını Hindistandan Qafqaza köç edən qaraçılara yedirtsinlər. Yaddan çıxartmaq lazım deyyil ki məhz Ftansanın təşəbbüsü ilə BMT-də 2 dəfə Azərbaycana qarşı qətnamə qəbul edilməyə cəhd olunub. Yalnız Britaniyanın vetosundan sonra qurbağayeyənlər sakitləşiblər. Bunu heç vaxt yaddan çıxartmaq olmaz. Necə gəlib elə də aeroportdan rədd olub getməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol