Menu

Xersonda Rusiyanın çox sayda hərbi texnikası məhv edilib

27.04.2023, 09:30
Xersonda Rusiyanın çox sayda hərbi texnikası məhv edilib

26 aprel 2023-cü il tarixdə Ukrayna Müdafiə Qüvvələri Xerson vilayətində 12 rus hərbçisini zərərsizləşdirib.

APA-nın xəbərinə görə, bu barədə “Cənub” əməliyyat komandanlığından bildirilib.

Qeyd edilib ki, aviasiya və raket-artilleriya bölmələri Kaxovka rayonunda Rusiya ordusunun canlı qüvvəsinin cəmləşdiyi yeri darmadağın edib.

Sol sahildə 12 hərbçi, 19 ədəd silah və texnikanın məhv edildiyi vurğulanır. Bunların arasında 6 “Lancet” tipli pilotsuz təyyarə də yer alır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol