Menu

Rusiya qoşunları Ermənistanda təlimlər keçirib

27.04.2023, 10:49
Rusiya qoşunları Ermənistanda təlimlər keçirib

Ermənistandakı Rusiya qoşunlarının bölmələri “Alagəz” poliqonlarında təlimlər keçirib.

APA xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, radiasiya, kimyəvi və bioloji hücumdan müdafiə bölməsinin mütəxəssisləri poliqonun yüksək dağlıq ərazilərində təlimlər keçirərək müxtəlif kəşfiyyat əməliyyatları həyata keçiriblər.

Təlimlər zamanı şəxsi heyətin nümayəndələri zəhərli maddələrin şərti məruz qaldığı yerlərdən təxliyə edilib və onlara ilkin tibbi yardım göstərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol