Ermənistan hökuməti aprelin 27-də keçirilən iclasda 2023-cü ilin büdcəsi haqqında qanuna dəyişiklik edilməsi və Xankəndindəki separatçı rejimə kredit ayrılması barədə qərar qəbul edib.
“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, Ermənistanın dövlət büdcəsindən separatçı rejimə 3,5 milyard dram (15 milyon manat) məbləğində kreditin ayrılması planlaşdırılır.
Bununla Azərbaycanın Laçın yolunda sərhəd-keçid məntəqəsi qurmasından sonra ermənilərin Xankəndini kütləvi şəkildə tərk etməsinin qarşısını almaq niyyəti güdüldüyü ehtimal olunur.
Hazırda ABŞ-ın vasitəçiliyi ilə iki ölkə diplomatları arasında sülh müqaviləsinin mətinin razılaşdırılması istiqamətində danışıqlar davam etdiririlir.
Bakının əsas tələblərindən biri Ermənistanın Qarabağa dair bütün tələblərindən və qeyri-qanuni fəaliyyətlərdən imtina etməsidir. Amma göründüyü kimi, Paşinyan hökuməti növbəti dəfə təxribatçı addım ataraq sülh danışıqlarına kölgə salır.
Xatırladaq ki, Ermənistan 2023-cü il nüdcəsindən Xankəndindəki separatçı-cinayətkar rejimə 420 milyon dollar vəsait ayırıb.
“AzPolitika.info”


Şərhlər
Fahişə harda və olmağından asılı olmayaraq həmişə fahişədir.onunla onunla amansız davranmaq lazımdır...