Rusiya Xarici İşlər Nazirliyi Laçın yolu ətrafında vəziyyətin qarşılıqlı məqbul həllinin axtarışına rəsmi Irəvanın öz töhfəsini verməsini prinsipial vacib hesab edir.
Bu barədə aprelin 27-də brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Beləliklə, o, faktiki olaraq Rusiya sülhməramlılarından yolun zorla açılmasını tələb edən Ermənistanın baş naziri Nikol Paşinyana cavab verib.
"Rusiya sülhməramlılarından başqa heç kim yola nəzarət etməməlidir", - o deyib.
Zaxarova qeyd edib ki, Rusiya Laçın yolu ətrafında vəziyyətin nizamlanması və üçtərəfli razılaşmaların məcrasına qayıtması üçün lazımi səylər göstərir.
Bu addımlar həm sülhməramlıların xəttilə, həm də siyasi səviyyədə atılır.
"Biz hesab edirik ki, rəsmi İrəvanın qarşılıqlı məqbul həllin axtarışına öz töhfəsini verməsi prinsipial əhəmiyyət kəsb edir", - Zaxarova bildirib. /"Turan"


Şərhlər
Azərbaycana olan nifrət hissi Rusiya rəhbərliyinə Ukrayna təhlükəsini də unutduruib.Putinin Azərbaycan dərdi onu məhv edəcək.