Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yenə həddini aşan açıqlamalar verib. O, Ermənistan İctimai Televiziyasına müsahibəsində həyasızcasına Moskvanı Qarabağda Azərbaycana qarşı güc tətbiq etməyə çağırıb.
İddia edib ki, guya 9 noyabr bəyanatına əsasən, Laçın yolu tamamilə Rusiya Federasiyasına verilib və Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasına görə də Moskva məsuliyyət daşıyır.
"Əgər problem danışıqlar yolu ilə həll edilmirsə, Rusiya başqa cür davranmalıdır" - deyə, Armen Qriqoryan öz arzusunu ifadə edib. .
Qriqoryan Azərbaycanla sülh sazişi üzrə danışıqların məzmununa toxunaraq 8 sərhədyanı kəndin qaytarılması ilə bağlı Bakının tələblərinə toxunub. Ancaq yenə öz erməni xislətini nümayiş etdirib və iddia edib ki, Ermənistanın da Azərbaycanın "işğal etdiyi" əraziləri qaytarmasına dair tələbi var.
"Belə ərazilər Tavuşda, Cermuk, Sotk-Xoznavarda və Ermənistanın bütün sərhədi boyunca var" - deyə,Qriqoryan yenə sayaqlıyıb.


Şərhlər