Menu

“PUTİNƏ QARŞI SUİ-QƏSD CƏHDİ OLUB” – PUA Moskva yaxınlığında...

27.04.2023, 16:55
“PUTİNƏ QARŞI SUİ-QƏSD CƏHDİ OLUB” – PUA Moskva yaxınlığında...

Ukrayna xüsusi xidmət orqanları Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsdə cəhd edib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, Ukrayna partlayıcılarla dolu pilotsuz uçuş aparatıyla (PUA) Putini öldürməyə cəhd etsə də, bu, uğursuz olub. PUA hədəfə bir neçə mil qalmış yerə çırpılıb: “Bild” nəşri sui-qəsd cəhdi ilə bağlı bunları yazıb:“Hadisə aprelin 23-ü - bu bazar günü  baş verib. Putinin Moskva yaxınlığında yeni tikilmiş Rudnevo sənaye parkına səfər edəcəyini öyrənən xüsusi xidmət orqanları sui-qəsd planı hazırlayıb. Ukraynadan havaya qalxan 17 kiloqram C4 partlayıcı yüklənmiş UJ-22 PUA-sı Rusiya despotunu öldürmək məqsədi ilə Moskvaya doğru yola çıxıb. Lakin PUA aprelin 24-də Rudnevo sənaye parkına çata bilməyib və 20 kilometr şərqdə Voroskoqo kəndində qəzaya uğrayıb”.

Kiyevin xüsusi xidmət orqanları ilə sıx əlaqələri olan ukraynalı jurnalist Yuri Romanenko da PUA-nın Putinə zərbə endirəcəyini deyib.

Həmçinin qeyd olunur ki, M112 partlayıcı əsasən ABŞ və Kanada ordusunda istifadə olunur.

Kiyev rəsmiləri hələ ki, “Bild”-də irəli sürülən iddialara rəsmi münasibət bildirməyib.

“AzPolitika.info”

Şərhlər

Müstəqim Mütərcimli 2023-04-27 22:01:14

Bu sui-qəsddən çox işğalı dəf etməyə yetəri dəstək almayan və heç bir şansı olmayan Kiyevi hər iki tərəfdən danışıqlar masasına oturtmaq cəhdinə uyğun gəlir? Qəsd niyyətində olan məğlub tərəf onu işğal ərazisinə səfər zamanı əhd edərdi?

dadaşyev 2023-04-27 18:01:30

Əgər yalan deyilsə,bu daha çox onu göstərir ki,rus generaliteti özləri Putini məhv edib bunu Ukraynanın üstünə atmaq istəyirlər.Baş tutmasa desinlər Ukraynalıların işidir.Necə ki beləcə də deyirlər."Tutsa qatıq,tutmasa ayran "misalı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol