“Müxalifət qalib gəlsə, geosiyasi baxımdan hansı istiqamətdə hərəkət edəcəyi məlum deyil. Türkiyədə hakimiyyət dəyişikliyi Ukraynanın vəziyyətini çətinləşdirə bilər”.
“AzPolitika.info” xəbər verir ki, bunu “Ukrayna Barometri” sosioloji xidmətinin direktoru Viktor Nebojenko Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkiləri ilə bağlı Ukrayna mətbuatına müsahibə verərkən deyib.
“Biz Ərdoğanın davranışlarının geosiyasi modelini az-çox başa düşürük. O, Rusiyaya, Ukraynaya, Qərbə, Orta Asiyaya təsir gücünə malikdir”,-deyə politoloq qeyd edib.
Nebojenkonun fukruncə, müxalifətin hakimiyyətə gələcəyi təqdirdə hansı prizmadan çıxış edəcəyini proqnozlaşdırmaq xeyli çətindir.
“AzPolitika.info”


Şərhlər