Erməni fermerləri və yük maşınları sürücüləri Rusiyaya kənd təsərrüfatı məhsulları apara bilmədiklərindən gileylənirlər.
“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə deputat Qarnik Danielyan öz sosial şəbəkə səhifəsində paylaşım edib: “Gürcüstanda xəbər verirlər ki, Rusiya Ermənistan yük avtomobillərinin girişinə qadağa qoyub”.
Məlumatda deyilir ki, erməni yük maşınları artıq bir neçə gündür Gürcüstanda ilişib qalıblar və heç cür Rusiya ərazisinə buraxılmırlar.
Deputat Ermənistan hökumətindən şikayətlənir və bildirir ki, erməni fermerlərinə və sürücülərinə ziyan dəyməkdədir, lakin hökumət Rusiya ilə məsələni aydınlaşdırmaq üçün heç nə etmr.
“AzPolitika.info”


Şərhlər