Bakının Nəsimi rayonunda “Toyota Prius” markalı maşının sürücüsü idarə etdiyi avtomobili polislərin üzərinə sürüb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.
Məlumata görə, hadisə metronun “Memar Əcəmi” stansiyası yaxınlığında baş verib.
Paylaşılan kadrlarda avtomobili nömrəsiz idarə edən şəxsin yol polisi əməkdaşlarının qanuni tələbinə tabe olmaması, maşını polislərin üzərinə sürməsi və DYP-yə məxsus avtomobili vurması əks olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, “Toyota Prius” markalı avtomobilin saxlanılması narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəlidir.
“Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanovun idarə etdiyi avtomobildə külli miqdarda satış məqsədilə narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbirlər zamanı polis əməkdaşlarına tabesizlik göstərən şəxsin saxlanılması DYP əməkdaşları ilə birgə təmin edilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Qurbanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib”- deyə, E. Hacıyev bildirib.
“AzPolitika.info”


Şərhlər
Hamı bilir ki, Prius taksilərin 90 faizi narkoman və narkotik alverçiləridir. Amma Maşını icarəyə verənlər buna məhəl qoymur və ya bəzən hətta əlbir də olurlar.