Acınacaqlı olan həm də odur ki, İsa Qəmbər, Pənah Hüseyn və digərləri sanki kimi və nəyi, özü də bu cür eybəcər şəkildə müdafiə etdiklərinin, əslində kimin şir, kimin çaqqal olduğunun fərqində deyillər
Azərbaycan siyasi mühitindəki tanınmış fiqurların üzr istəmək, barışmaq, etiraf etmək mədəniyyəti sarıdan “qısır” olduqları hər zaman müşahidə edilib və təəssüf ki, indi də bu sahədə dəyişən bir şey yoxdur. Nədənsə, nəinki fəal və gündəmdə olanlar, hətta “qatarı çoxdan getmiş”, hansısa ciddi siyasi perspektivi, siyasi mənada itirəcək bir şeyi qalmayanlar belə bu nümunəni göstərmək istəmirlər. Hətta bunun üçün çox aydın və danılmaz əsaslar olsa belə...
Heç kimin qətiyyən gözləmədiyi halda, İsa Qəmbərin oğlunun “erməni soyqırımı” barədə “tarixi” film çəkməsini, bu “soyqırım” barədə paylaşım etməsini bəlkə də Azərbaycandan olan və Qərbdə yaşayan azsaylı “liberal nəslin” növbəti xoşagəlməz hoqqası kimi qəbul edib üzərindən keçmək olardı. Amma bu “hoqqa”nın özü bir ayıbdırsa, onun müdafiə olunması ikiqat ayıb, onun İsa Qəmbər kimi vaxtilə ölkə başçılığına iddialı olan, Azərbaycan xalqına siyasət, mübarizə, mənəviyyat, tarix və s. dərsləri verməyə çalışan bir siyasətçi tərəfindən müdafiə olunması isə üçqat, hətta minqat ayıbdır.

Görəsən, bunu İ.Qəmbərin öz evində böyütdüyü övladı yox, başqa birisi, lap elə keçmiş, yaxud indiki məmurlardan birinin övladı etsəydi də, İsa bəy və digərləri onu müdafiə edər, bu cılız davranışa haqq qazandırardılarmı?
Azərbaycanda zaman-zaman hansısa iri məmurun ermənilərlə yaxın qohumluğu mövzusu gündəmi məşğul edib, hətta bundan siyasi hakimiyyətə qarşı istifadə edilib və haqlı olaraq belə məsələlər hər zaman cəmiyyət tərəfindən həssas qarşılanıb. Çünki cəmiyyətimiz faktiki olaraq millətimizə, torpağımıza, dövlətimizə, tariximizə qənim kəsilən, qanımızı içməyə hazır olan və heç vaxt düzəlməyəcək bir toplumun bircə “toxumunun” belə bizim tərəfə düşməsinin hansı təhlükələr yaratdığının fərqindədir. Bunu İ.Qəmbər və məsələn, öz “məzəli” paylaşımı ilə onu müdafiə edən Pənah Hüseyn də bilməmiş, anlamamış deyil.

Yeri gəlmişkən, P.Hüseyn İ.Qəmbəri öz paylaşımında qoca şirə, onu ittiham edənləri isə çaqqal sürüsünə bənzədib. Ancaq öz səhifəsinə qoyduğu şəkildəki həmin şir həddindən artıq qoca, “tökülmüş” və tükənmiş vəziyyətdə, bir sözlə, şəkildəki çaqqallardan da bərbad görünür. Ona görə də bunu P.Hüseynin dostu İ.Qəmbər üçün daha çox “ayı xidməti” hesab etmək olar...
Acınacaqlı olan həm də odur ki, İ.Qəmbər, P.Hüseyn və digərləri sanki kimi və nəyi, özü də bu cür eybəcər şəkildə müdafiə etdiklərinin, əslində kimin şir, kimin çaqqal olduğunun fərqində deyillər. Belə çıxır ki, öz oğlu belə bir film çəksəydi, “erməni soyqırımı” barədə paylaşımlar etsəydi, P.Hüseyn də dostu Qəmbər kimi bununla fəxr edərdi...

Axı, həmin bu adamlar idi vaxtilə öz siyasi karyeralarını Qarabağ mövzusu üzərində quran, meydanlara minlərlə insan toplayıb, xalqı erməni işğalı, erməni irticası, erməni yalanları ilə mübarizəyə səsləyən. İndi nə oldu? Bəlkə, özlərinin bir dılğır nümayəndəsinin zir-zibilini ört-basdır etmək üçün həmin vaxt səsləndirdikləri şüarlardan, uzun illər danışdıqları milli təəssübkeşlik, türkçülük, tarixi ədalət və s. kimi məsələlərdən imtina etsinlər?
Şəxsən İ.Qəmbər həmin oğlanın Azərbaycanda heç bir valideynə başucalığı gətirməyən əməlinə, milli təəssübkeşlikdən, milli mənlikdən, milli kişilikdən uzaq belə bir övlad böyütdüyünə görə xalqdan üzr istəmək əvəzinə, onun "istedadından" dəm vurur. “Yutub”da populyar kanal yaratmasından fəxrlə danışır. Ancaq heç olmasa, oğlundan soruşmur ki, yazmağa, çəkməyə “erməni soyqırımı”ndan başqa mövzu yox idi? Nədən məsələn, erməni nağıllarından yox, real həyatımızda baş verən “Xocalı soyqırımı”ndan və ermənilərin səbəb olduğu digər qətliamlardan film çəkmirdin?
Doğrudur, ata övladına, övlad atasına görə hüquqi, bəzi hallarda isə bəlkə də mənəvi məsuliyyət belə daşımır. Ancaq kimliyindən asılı olmayaraq, səhv edən, hansısa ziyanlı əmələ qol qoyan övladın ən azından haqsız olduğunu etiraf etmək istənilən valideynin cəmiyyət qarşısında mənəvi borcudur. İsa Qəmbərin oğlunun məlum “multfilmi” məsələsində isə adi səhv yox, başından böyük qələt edən övladı müdafiə etmək nə siyasətçiyə, nə də adi vətəndaşa yaraşan hal deyil və belə bir valideynin elə həmin övladın tayı olduğundan xəbər verir...
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Kimliyindən asılı olmayaraq, erməniyə bir balaca da olsa rəğbət bəsləyən, cəmiyyət tərəfindən qınağ obyektinə çevrilməlidir. Məni həmişə bir sual narahat edir, nə üçün hər hansı bir erməni bizim millətin halına acımır və ya özlərinin vəhşi hərəkətlərini pisləmir??? Bizdə isə ziyalılar, Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli, lap elə bu cavan oğlan erməninin dəyirmanına su tökürlər???
Çezdi kələntərlər....
İSA QEMBER bir vaxtlar Prezidentliyə iddia edirdi. Oz oğlunu idare ede bilmir, dövləti nece idarə edecekdi.Oğlu qrant almağ naminə ya basqa sebeblerden ermeni soyqrımını destekleyir....
Bilmirəm niyə belə alınıb, amma əsas səhv İsa Qəmbərin oğlunun səhv etmirəmsə 19-20 yaşında olanda siyasətə qatılmağında idi, onu o vaxtı həbs də etmişdilər, aydın məsələdir ki, ermənilərin bizdə olan "qulbeçələri" onu elə həbsxanada "ələ almışdılar." Ona görə də belə zərbələri siz həmişə belə adamlardan gözləyin: rüstəm İbrahimbəyovdan, əkrəm əlyislidən, isa qəmbərin oğlundan və s.
Elə əvvəlcə bunların milli mənsubiyyətini araşdırmaq,hansı qarışıqadan əmələ gəldiklərini və AZərbaycanda peyda olunmaları müəyyənləşdirilməlidir.İllərdir eyni sifətlər ara qarışdırmaq,əsəb bulandırmaqda davam edirlər.Buna son qoymaq vacibdir.
İlkin Qənbərin Vətənə xəyanəti çox böyük xəyanətin.Belə satqının Azərbaycanın suyu və çörəyi ilə böyüməsi,burda təhsil alması hamımız üçün utanc yeridir.İlkin bu satqınlığı birdən-birə etməyib.Böyüdüyü ailədən,ətrafındakı adamlardan Azərbaycana xəyanət etməyi öyrənib.Necə deyərlər,təlimat alıb.
Bunlarda erməni qarışığı mövcudluğu araşdırılmalıdır
Həzrət Əli deyib ki,”Övladlar ata-analarından çox zəmanələrinə bənzəyərlər”.Gözəl sözdür.Diqqət edin:ata-analarına bənzəməzlər,demir.Bənzərlər,amma daha çox zəmanələrinə bənzərlər.Amma nə fərqi? Çox,ya az;bənzərlərmi yəni ata-analarına?Vəssalam.Məsələ də bundadır.
İsa Qənbər və ailəsi həmişə ermənilərin yanında olub.Ancaq Pənah Hüseynin erməni bulaşığı olduğunu çoxları bilmirdi.Görünür,ermənilərin əli ilə parçalanan torpaqlarımızın,döyüşlərdə şəhid olan on minlərlə vətəndaşlarımızın itkisi Pənah Hüseyni maraqlandırmır.Lənət olsun,belə Azərbaycanlıya!Lənət olsun,erməni təəssübkeşlərinə və onları dəstəkləyən düşmənlərimizə!
Allah belə fərsiz övladı erməniyə, farsa qismət eləsin!
Bu Lisa qemberleri, Qarpizlari ve onlra bezer unsurleri supurub zibilliye atmaqin vaxti coxdan catib. hetda deyerdim ki, bir qeder gecikilib.