Menu

ABŞ ordusunda bütün hərbi uçuşlar dayandırıldı – Hərbçilərə yeni təlimlər veriləcək

29.04.2023, 13:27
ABŞ ordusunda bütün hərbi uçuşlar dayandırıldı – Hərbçilərə yeni təlimlər veriləcək

Ardıcıl qəzalardan sonra ABŞ ordusu ölkədəki bütün hərbi uçuşları dayandırıb.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, uçuşların müvəqqəti dayandırıldığı müddət ərzində hərbçilərə yeni təlimlər veriləcək.

ABŞ Quru Qoşunlarının komandanı Ceyms Makkonvil əlavə təlim müddəti bitənə qədər bütün təyyarələrin yerdə qalacağını açıqlayıb. Təhlükəsizlik və təlim protokollarının nəzərdən keçirildiyini qeyd edən Makkonvil hərbi itkilərə görə dərin təəssüf hissi keçirdiyini bildirib.

Xatırladaq ki, bu həftə Alyaskada iki “Apaçi” helikopterinin havada toqquşması nəticəsində üç ABŞ əsgəri həlak olub. Martın 20-də “Blackhawk” helikopterlərinin iştirakı ilə baş verən qəzada isə 9 əsgər həlak olub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol