Menu

Azərbaycan Kahramanmaraşda şəhərcik inşa edəcək - Təməli qoyuldu (Yenilənib)

29.04.2023, 15:28
Azərbaycan Kahramanmaraşda şəhərcik inşa edəcək -  Təməli qoyuldu (Yenilənib)

Azərbaycanın Kahramanmaraşda inşa edəcəyi şəhərciyin təməlqoyma mərasimi keçirilib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, təməl atma mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev videobağlantı şəklində qatılıb.

Mənzillərin 1 il ərzində sahiblərinə təhvil verilməsi nəzərdə tutulub.

***

Azərbaycan Kahramanmaraşda şəhərcik inşa edəcək.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST”də çıxışı zamanı bildirib.

O qeyd edib ki, artıq layihənin təməli atılıb və 1 il ərzində həmin evlər zəlzələ zamanı evlərini itirmiş şəxslərə təhvil veriləcək.

Ərdoğan qeyd edib ki, şəhərcikdə məktəb, məscid və digər tikililər də inşa ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol