Menu

Sabah Bakıda yağış yağacağı gözlənilir

29.04.2023, 15:14
Sabah Bakıda yağış yağacağı gözlənilir

Aprelin 30-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah saat 09:00-12:00 radələrində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Səhər tezdən gözlənilən duman tədricən seyrələcək. Cənub küləyi 5-10 m/s təşkil edəcək. Havanın temperaturu 19-24° isti olacaq.

Saat 12:00-15:00 radələrində hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi 5-10 m/s təşkil edəcək. Havanın temperaturu 25-29° isti olacaq.


Saat 15:00-18:00 radələrində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, saat 18:00 radələrində arabir tutulacağı gözlənilir. Cənub-şərq küləyi 7-12 m/s, saat 18:00 radələrində şimal-qərb küləyi 8-13 m/s, arabir 15 m/s təşkil edəcək. Havanın temperaturu 29°-dək isti, saat 18:00 radələrində 22°-yə yaxın olacaq.


Saat 18:00-21:00 radələrində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyi 9-14 m/s, saat 20:00-21:00 radələrində arabir 16-18 m/s-dək güclənəcək. Havanın temperaturu 17-20° isti olacaq.


Saat 21:00-24:00 radələrində hava şəraitinin buludlu olacağı gözlənilir. Saat 23:00-24:00 radələrindən yağışın başlanması gözlənilir. Şimal-qərb küləyi 10-15 m/s, arabir 18-20 m/s-dək güclənəcək. Havanın temperaturu 15-17° isti olacaq.

Şərhlər

Turan 2023-04-29 19:16:50

Görəsən niyə hava haqqında məlumat hər gün bu cür verilmir???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol