Menu

Gürcüstanda erməni icmasının başçısını döyüblər - “Boz qurdlar”dan şübhələnir...

29.04.2023, 16:34
Gürcüstanda erməni icmasının başçısını döyüblər - “Boz qurdlar”dan şübhələnir...

“Mənim döyülməyim türklərin, ya da azərbaycanlıların sifarişi ola bilər”.

“AzPolitika.info” xəbər verir ki, bunu “Gürcüstanın erməni icması” təşkilatının başçısı Artur Mirzoyan erməni mətbuatına açıqlamasında deyib.

Mirzoyan hələ aprelin 21-də döyüldüyünü, amma onu döyənlərin kimliyinin hələ də müəyyən edilmədiyini bildirib və əlavə edib ki, onu Tiflis küçələrinin birində döyən hər üç şəxs maskalı olub.

Mirzoyan hətta öz fantaziyasını işə salaraq, bu hadisəni “Boz qurdçular” tərəfindən törədilməsindən şübhələndiyini söyləyib. Lakin bunu iddia etmək üçün əlində heç bir fakt olmadığını əlavə edib.

Böyük ehtimalla hansısa şəxsi məsələlərə görə döyülən Mirzoyan onu da deyib ki, onu döyən şəxslər bu əməllərini videoya çəkiblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol