Sabiq səhiyyə naziri Əli İnsanovun sədri olduğu Haqq-Ədalət Partiyası mərhum prezident Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ümumilli liderin Fəxdi Xiyabandakı məzarını ziyarət etmək barədə qərar qəbul edib.
"Azpolitika.info" xəbər verir ki, bu barədə Əli İnsanov HƏP-in İdarə Heyətinin iclasında çıxışı zamanı bəyan edib.
Əli İnsanov deyib ki, 2023-cü il may ayının 10-da Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur: “Xalqımızın bənzərsiz lideri, bütün dünyanın qəbul etdiyi 20-ci əsrin nadir siyasi xadimlərindən biri, bugünkü suveren Azərbaycan dövlətinin qurucusu, haqq və ədalət carçısı olan Heydər Əliyevin 100 illik yubileyini xalqımız böyük coşqu və təntənə ilə keçirməyə hazırlaşır”-deyə HƏP sədri vurğulayıb.
Əli İnsanov bu tarixi hadisə ilə bağlı Haqq Ədalət Partiyasının şəhər və rayon təşkilatlarından partiyanın Mərkəzi Qərargahına saysız-hesabsız təkliflər gəldiyini vurğulayıb. Qeyd edib ki, Haqq Ədalət Partiyası bu tədbirlərdən kənarda qala bilməz.
Partiyanın İdarə Heyətinin qərarı ilə cari ilin may ayının 9-da, saat 12:00 – da İdarə Heyətinin üzvləri tam tərkibdə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edəcək.


Şərhlər
Əli İnsanovu yubilery tədbirinə məcburi surətdə qoşan əldən çıxan,ağzı günə qalan obyektlərinə yenidən sahib olmaq istəyidir.