Menu

“Azərbaycan zəlzələ zonasında bəzi mühüm layihələr həyata keçirmək istəyir” - Ərdoğan

01.05.2023, 00:17
“Azərbaycan zəlzələ zonasında bəzi mühüm layihələr həyata keçirmək istəyir” - Ərdoğan

“Azərbaycan zəlzələ zonasında bəzi mühüm layihələr həyata keçirmək istəyir”. “Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

“Dünya zəlzələ hadisəsində bizi tək qoymadı. İlk andan bizimlə oldular. Axtarış-xilasetmə qrupları göndərdilər. Birinci mərhələdə çadırlar gəldi. Konteynerlər göndərməyə başladılar. Azərbaycan bildirdi ki, 1 000 daimi ev tikmək istəyir. Dünən biz onun təməlini qoyduq. Azərbaycan həmçinin regionda təcili ehtiyac duyulan bəzi mühüm layihələri həyata keçirmək istədiyini bildirib”.

“Təbii ki, xaricdə yaşayan qardaşlarımızın Türkiyəyə olan sədaqəti bizi hər zaman təsirləndirib. Bütün dünyada vətəndaşlarımız əllərində olan hər şeyi səfərbər edərək köməyə tələsdilər. Biz bunları heç vaxt unuda bilmərik və heç vaxt unutmayacağıq”, - Ərdoğan əlavə edib.

Şərhlər

Cəmşid Dərələyəzli 2023-05-01 09:40:58

Lafı bele olmaz Reis. Budur kardeşlik, budur türklük. Biz iki devlet olsaq da bir milletik, İki canda döyünün tek yürekik. Biz Azərbaycan olaraq dar günümüzde o yürekin bizim için nece atdığının şahidi olduk. Sizden öyrendik çok şeyleri Reis. 44 günlük Veten Müharibesinde hep yanımızda oldunuz, hayla da yanımızdasınılz. Allah Size yar olsun. Sabırsızlıkla da 14 mays seçimini izleyirik. İnanırık ki, yüce Türk milleti Sizin Türkiye ve Türk dünyası için etdiklerinizi gözleri önünde barındırıb, oylarını Size verecekdir. Buna eminik. Siz böyük adamsınız, böyük lidersiniz. Bunu çakallar, kanı pozuklar anlamazlar. Amma bunu Türk duşmanları yaxşı anlarlar. Odur ki de ölke içi maşalarını işe salıb, sizi göndermek isteyirler. Amma başaramayacajlar.

кöhne 2023-05-01 04:00:26

Azerbaycanda 10 000 əded 63 cū ilde tikilmiş köhne nimdaş bina var......

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol