Menu

Sumqayıtda avtomobil 17 yaşlı piyadanı vuraraq öldürüb

01.05.2023, 00:19
Sumqayıtda avtomobil 17 yaşlı piyadanı vuraraq öldürüb

Sumqayıtın Çerkası küçəsində avtomobil piyadanı vuraraq öldürüb. "Report"un yerli bürosunun məlumatına görə, 12-ci mikrorayon sakini, 2006-cı il təvəllüdlü Ceyhun Cavadovu "VAZ-2107" markalı avtomobil vurub. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Hadisəni törədən sürücü qəza yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol