“Milli Kəşfiyyat Təşkilatı (MİT), İŞİD-in (DEAŞ) sözdə lideri Əbu Hüseyn əl Qureşi kod adlı şəxsi uzun müddətdir izləyirdi. Dünən Suriyada keçirilən əməliyyatla zərərsizləşdirildi”.
“AzPolitika.info” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Türkiyə televiziyasına müsahibə verərkən deyib.
Ərdoğan Türkiyənin terror təşkilatlarına qarşı mübarizəsini davam etdirdiyini bildirib: “ABŞ bunu edəndə bütün dünya danışır. MİT bizim dönəmimizdə beynəlxalq mühitdə əhəmiyyətli bir təşkilata çevrilib. Təşkilatımız Amerika və Rusiya kəşfiyyat orqanlarıyla görüşə biləcək səviyyəyə çatıb”.
“AzPolitika.info”


Şərhlər