Mayın 1-i saat 08:00-dan mayın 4-ü saat 20:00-dək Rusiya Federasiyasının Stavropol diyarı ərazisindən keçən Du1400mm “Şimali Qafqaz – Zaqafqaziya” magistral qaz kəmərində planlı təmir işləri aparılacaq. Nəticədə sözügedən qaz kəməri ilə Ermənistana təbii qazın nəqli dayandırılacaq.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” şirkəti məlumat yayıb.
Göstərilən müddətdə istehlakçıların qazla fasiləsiz təchizatı daxili ehtiyatlar hesabına həyata keçiriləcək.
“AzPolitika.info”


Şərhlər