“Radikal düşüncə və təfəkkürdə olanlar məscidlərimizdə vəzifələrdən uzaqlaşdırılmalıdır”.
“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin mayın 2-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, radikal dini təriqətlərə qarşı aparılan mübarizə eyni qaydada davam etdirilməlidir: “Ölkədə bu cür insanların sayı on minlərlədir. Dini fəaliyyət sahəsində də islahatları sürətləndirməliyik. Bu gün Azərbaycanın suverənliyi və müstəqilliyi üçün ən ciddi təhdidlərdən biri siyasiləşmiş və radikal İslamdır. Ona görə də bunun qarşısının alınması üçün müvafiq addımlar atılmalıdır. Bu düşüncə və təfəkkürdə olan insanlar da bizim məscidlərdə vəzifələrdən uzaqlaşdırılmalıdır. Bunu da kompleks tədbirlər şəklində həyata keçirilməliyik. Bu işlər davamlı şəkildə olmasa zaman-zaman yenidən eyni problemlə üzləşəcəyik”.


Şərhlər
"Müvafiq addımlar","vəzifədən uzaqlaşdırmalar","kompleks addımlar","gənclik və mənəvi tərbiyənin aktual problemləri barədə mühazirələr"-filanlarla olan deyil bu iş,kardeşim.İclaslarla,konfranslarla,məruzələrlə gəncliyin qarnı doymaz,problemləri həll olmaz.Gənclər yaxşı iş və Avropasayağı maaş istəyir.Başqa heç nə istəməz gənclik gənc yaşlarında.300-400 manat maaşla it də dolanmaz bu bahalıqda,baş alar gedər həyət-bacadan ki sən də öl,sənin verdiyin yemək də.Gənclər umduqları pulu xarici ölkələrdən ummağa başlayanda radikalizm də,Vətənə xəyanət də oradan baş qaldırır.Hansı ölkə əcnəbiyə pulu boşuna sel kimi axıdar?Deyər mənim ideologiyama qulluq et,verim.Bax o pulları o yüz milyardlarla dollar neftin-qazın gəlirinin bir qırağından versəniz gəncliyə,yau kardeşim.Bir baxın,iran terroru hansı ölkələrdə at oynadır?O ölkələrdə ki,oralarda həyat acınacaqlıdı,işsizlik,pulsuzluq,aclıq,səfalət var.Yəni İraqda,Suriyada,Livanda,Yəməndə.Amma körfəz ölkələrində,yəni Birləşmiş Ərəb Əmrliklərində,Qətərdə,Küveytdə bircə dəfə də olsa terror hadisəsi eşitdinizmi?Xeyr.Ona görə ki orada polis yaxşı işləyirmi?Xeyr.Ona görə ki,orada maaş-pensiyalar Avropadakı qədərdir,dövlət insana hər şərait yaradıb gözəl yaşamaq üçün neft-qaz milyardlarıyla.Oralara gedib gələnlər danışsın,dinləyin.Odur ki iran kimi ölkələr oralarda gəncləri ələ alammır.Çünki gəncin cibi dolu,qarnı tox,sabaha da ümidi öz ölkəsində varsa “xilaskarı” kənarda niyə axtarsın?Bizdə isə camaata ildə heç olmasa bircə Ramazan və ya Qurban bayramında bircə manat da pay verilməz bayram payı deyə.Amma təyyarələrlə durmadan ərzaq daşıyarıq pandemiyadan ziyan görmüş ölkələrə,aclıqdan əzab çəkən xalqlara.Amma biz özümüz toxuqmu ki?Biz özümüz pandemiyadan əziyyət çəkmədikmi?Məmur təbəqəsinin toxluğu xalqın da tox olması deməkdirmi?Xalq yalnız məmurlardan ibarətdirmi?Neft-qaz milyardları yalnız məmurlar üçündürmü?