Azərbaycanda müharibə veteranlarına verilən müavinətin 80 manatdan 130 manata çatdırılması təklif olunur.
“Report”un məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
Onun sözlərinə görə, müharibədən sonrakı müddətdə kommunal xərclərin qiymətində müəyyən dəyişikliklər olub: "I və II Qarabağ müharibəsinin 80 mindən çox veteranı var. Onlar da 80 manat civarında müavinət alır. Həmin məbləğin artırılması ilə bağlı müvafiq dövlət qurumları ilə danışmaq lazımdır. Heç olmasa, müavinətlərə 50-70 manat məbləğində əlavə olunsun. Müharibə veteranları üçün ayrılan müavinətlər qaza, işığa və nəqliyyata sərf olunur. Həmin müavinət təyin olunandan sonra kommunal xərclərin qiymətləri də dəyişib. Bugünkü 80 manat müavinət də həmin xərclərin ödənilməsini təmin etmir”.


Şərhlər
Oncə insanları insan kimi yaşatmaq lazımdır.BU dövlətin borcudur. Bir ay 30 gündən,göstərdiyiniz müavinət 130 manat olursa günə 130:30= 433 manat edir.Gün ərzində insan 3 dəfə qidalanmalıdır.4.33:3=1,44 manat.Bu məbləğlə hansı qidalanma mümkündür? Bəs .səhiyyə,getim,nəqliyyat,kommunal,və digər xərclər?
Burada insana dövlət qayğısı görünürmü?