Menu

ABŞ-a səfər edərkən peyvənd serifikatı tələb olunmayacaq

02.05.2023, 14:14
ABŞ-a səfər edərkən peyvənd serifikatı tələb olunmayacaq

ABŞ-da koronavirusla bağlı daha bir məhdudiyyət aradan qaldırılıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ağ evin yaydığı bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, mayın 12-dən etibarən ABŞ-a səfər edən əcnəbilərdən COVİD-19 pasportu tələb olunmayacaq.

Açıqlamada xatırladılıb ki, Səhiyyə və İnsan Xidmətləri Nazirlikləri (HHS) və Daxili Təhlükəsizlik Nazirliyi (DHS) məktəblərdən, səhiyyə müəssisələrindən və quru sərhədlərindən gələn qeyri-Amerika vətəndaşları üçün peyvənd öhdəliyinə son qoyma prosesinə başlayıb və yaxın günlərdə ətraflı məlumatın paylaşılacağı bildirilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol