Süni intellektli söhbət robotu ChatGPT-ə 10 milyard dollar sərmayə qoyan “Microsoft”-un qurucusu Bill Qeyts tezliklə bu texnologiyanın tələbələrə dərs keçməsi üçün istifadə oluna biləcəyini açıqlayıb.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Bill Qeyts süni intellektin 18 aydan sonra müəllimlərlə eyni səviyyəyə çatacağını, chatbotların şagirdlərə oxumağı və yazmağı öyrədə biləcəyini deyib.
B. Qeyts bunun xüsusilə yoxsul ölkələrdə böyük töhfə verəcəyini bildirib.
O, əlavə edib ki, tələbələr ödənişsiz chatbotlardan istifadə edəcək və onların repetitor yanına hazırlığa getməsinə ehtiyac qalmayacaq.
“AzPolitika.info”


Şərhlər