Menu

"Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi..." - "Biz onun bu arzusunu reallaşdırdıq"

03.05.2023, 11:44
"Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi..." -  "Biz onun bu arzusunu reallaşdırdıq"

"Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi. Biz onun bu arzusunu reallaşdırdıq. Biz bununla fəxr edirik, xoşbəxtik. Bütün azərbaycanlılar – təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya azərbaycanlıları bizim Qəbələmizlə fəxr edirlər".

"Report" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.

Dövlət başçısı bildirib ki, bu Qələbə ədalətin, tarixi ədalətin və beynəlxalq hüququn Zəfəridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol