Polşada ilin ən böyük hərbi təlimi - “Anakonda-23” başlayıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, mayın 26-dək davam edəcək təlimlərdə Polşa ordusunun 12 min hərbçisi, NATO və Alyansın müttəfiq ölkələrindən yüzlərlə hərbçisi iştirak edəcək.
Yerli sakinlərə qoşunların hərəkətini əks etdirən məlumat və fotoşəkilləri dərc etməmək barədə xəbərdarlıq edilib.
“AzPolitika.info”


Şərhlər