Çinin “Zhurong” kosmik gəmisinin Marsda topladığı məlumatları araşdıran elm adamları “qırmızı planet”in aşağı enliklərində yaşamaq üçün əlverişli mühitin olduğuna işarə edən yeni sübutlar tapıblar.
“AzPolitika.info” xəbər verir ki, Marsda suyun yalnız bərk və ya qaz halında ola biləcəyi ilə bağlı əvvəlki təsəvvürləri alt-üst edən bu kəşf, kosmik gəminin eniş yerindəki qum təpələrinin morfoloji xüsusiyyətləri və mineral tərkibinin təhlilini aparıb. Aparılan təhlillər nəticəsində məlum olub ki, illər öncə Marsa qar yağıb və şaxta olub.
Tapıntılara görə, 1,4 milyon ilLə 400 min il arası bundan əvvəl qum təpələrindəki duzlar qarın aşağı temperaturda əriməsinə səbəb olub. Nəticədə planetin səthində duzlu maye əməli gəlib.
Xatırladaq ki, ötən il “Zhurong”-un tapıntıları Marsda suyun hələ 700 milyon il əvvəl mövcud ola biləcəyi ilə bağlı fərziyyələrin yaranmasına səbəb olmuşdu.
“AzPolitika.info”


Şərhlər