Ukraynanın hədəfi öz ərazilərini işğaldan azad etməkdir, Moskvanı vurmaq yox.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin sözçüsü Sergey Nikiforov rəsmi Moskvanın ötən gecə Kremlin Ukrayna PUA-larının hücumuna məruz qaldığına və bu yolla guya Vladimir Putinə sui-qəsd edildiyinə dair iddilarını rədd edib.
Zelenskinin sözçüsü deyib ki, Ukraynanın məqsədi başqa ölkələrin ərazisinə hücum etmək deyil, öz ərazilərini azad etməkdir: “Bizdə Kremlə gecə hücumu adlandırılan hadisə ilə bağlı məlumat yoxdur. Ancaq dəfələrlə Prezident Zelenskinin dediyi kimi, Ukrayna bütün güc və vasitələrini öz işğal edilmiş ərazilərini azad etməyə yönəldir, özgə ərazilərə hücuma yox. Əlavə olaraq, terrorçu-dövlətin ifadəsi təəccüb doğurur. Terror aktı Dnepr və Umanda binaların dağıdılması, Kramatorskda voğzaldakı növbəyə raket hücumu və digər faciələrdir. Moskvada baş verən isə açıq görünür ki, 9 maya qədər vəziyyəti gərginləşdirmək cəhdidir. Bu, bizim rəqibdən gözlənilən üsuldur”.
“AzPolitika.info”


Şərhlər