Menu

Oliqarx Timçenko Putindən imtina edir? – Onun vəkili məhkəmədə elə sözlər dedi ki...

04.05.2023, 14:41
Oliqarx Timçenko Putindən imtina edir? – Onun vəkili məhkəmədə elə sözlər dedi ki...

“Sahibkar Gennadi Timçenkonun Rusiya Prezidenti Vladimir Putinlə əlaqələri o demək deyil ki, oliqarx Ukraynadakı müharibədə Kreml rəhbərinin müttəfiqidir”.

“AzPolitika.info” “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bunu biznesmenin və həyat yoldaşının vəkili Stefan Bonifassi bildirib.

Qeyd edək ki, oliqarx Avropa İttifaqının (Aİ) sanksiyalarına etiraz edərək Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Vəkil Aİ rəsmilərinin Timçenkonun “Volqa Qrupu” investisiya firması və “Rossiya Bank”ındakı əlaqələri vasitəsilə Rusiya iqtisadiyyatına töhfə verdiyinə dair iddialarını rədd edir.

"Hətta Timçenkonun cənab Putini çoxdan tanıdığını nəzərə alsaq, onun sirdaşı olması ilə bağlı iddialar mübahisəli məsələdir, çünki bu iddialarda bir növ ittiham var", - Bonifassi deyib.

Timçenko biznesmen həyat yoldaşına qarşı tətbiq edilən sanksiyaların ləğvini, o cümlədən aktivlərinin dondurulması və vizaların ləğvi ilə bağlı sanksiyaların götürülməsini tələb edir.

Qeyd edək ki, Timçenko sanksiya siyahısına Avropada Rusiyanın yüksək vəzifəli məmurlarının şəxsi bankı hesab edilən “Rossiya” bankının idarəçiliyində iştirak etdiyi üçün daxil edilib.

"Bizə çox deyirlər ki, bu, Rusiyanın yüksək səviyyəli məmurları üçün yaradılmış bankdır, lakin ortada heç bir sübut yoxdur", - vəkil Bonifassi deyib

Timçenko 2012-ci ildə Rusiyanın “Forbes” jurnalına verdiyi ilk müsahibəsində Putini uzun illərdir tanıdığını və vaxtaşırı onunla görüşdüyünü deyib.

Mətbuatda “Putinin xəzinədarı” kimi xatırlanan Gennadi Timçenko 2014-cü ildə Krımın ilhaqından sonra ABŞ-ın sanksiyalarına məruz qalıb. Aİ və Böyük Britaniya 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından sonra ona qarşı yeni sanksiyalar elan edib.

Timçenko Vladimir Putin 2011-ci ildə “Yamal LNG” maye qaz zavodunun səhmlərinin yenidən satışından 1,12 milyard dollar gəlir əldə etmiş “Mischositos Investment S.A.” ofşor şirkətinin benefisiarı ola bilər. Çünki yenidən satış müqaviləsində Putinin dostları Gennadi Timçenko və Pyotr Kolbin iştirak edib.

2023-cü ildə Rusiya hökuməti “Novatek”ə “Saxalin-2” neft-qaz layihəsinin operatoru olan “Sakhalin Energy”nin payını 94,8 milyard rubla almağa icazə verib. Söhbət Ukrayna müharibəsi başlayandan sonra Rusiyanı tərk edən “Shell” şirkətinə məxsus 27,5% paydan gedir. “Forbes”in məlumatına görə, “Novatek”in səhmlərinin 23,49% Gennadi Timçenkoya məxsusdur.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol