Menu

AMEA sistemində yeni təyinatlar

19.11.2014, 17:29

1ameaAzərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni kadr təyinatları həyata keçirilib.

APA-nın xəbərinə görə, bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.

Qərara əsasən akademik Cavad Abdinov AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika üzrə elmlər doktoru Ayaz Bayramov AMEA-nın Fizika İnstitutunun İnnovasiyalar və transfer üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov AMEA-nın Fizika İnstitutunun elmi katibi təyin edilib.

Bundan əlavə, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasına yeni təyinatlar olub. Belə ki, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Elçin Babayev AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini (ictimai əsaslarla), Vaqif Xəlilov isə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi vəzifəsinə təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol